“Atletiko” qalib gəldi, finala “Real” çıxdı
UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. APA TV-nin məlumatına görə, “Visente Kalderon” stadionunda Madrid klubları “Atletiko” ilə “Real” üz-üzə gəliblər.
Cütün taleyini demək olar ki, ilk matçda həll edən “Real” ikinci oyuna gözlənilməz debütlə start versə də, sonda hər şey onlar üçün yaxşı qurtarıb. Belə ki, "Santyaqo Bernabeu"dakı oyunda Kriştianu Ronaldunun het-triki sayəsində 3:0 hesablı qələbə qazanan "kral klubu" cavab oyununun ilk 15 dəqiqəsində 0:2 hesabı ilə geri düşüb.
Əvvəlcə 12-ci dəqiqədə Saul künc zərbəsindən ötürülən topu başla qapıdan keçirib. 3 dəqiqə sonra isə Qrizmann penaltini dəqiq yerinə yetirib. Bir anda üstünlüyünü şübhə altına salan "Real"ı İsko xilas edib. İlk hissənin tamamına 2 dəqiqə qalmış Kərim Benzemanın şəxsi səyi nəticəsində yaratdığı vəziyyəti qola çevirən ispan oyunçu bununla da komandasına yeni nəfəs verib.
İkinci hissədə başqa qol olmayıb və "Real" ikinci finalçı olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır