Putin hokkey oynadı və 7 dəfə fərqləndi

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu, bəzi qubernator və iş adamları ilə birlikdə Gecə hokkey liqasında buz üstünə çıxıb. Ənənəyə uyğun olaraq, Rusiya lideri 11 nömrə altında oynayıb.

 

Putinin kapitanlıq etdiyi “Gecə liqasının ulduzları” komandasının tərkibinə tanınmış olimpiya çempionları da daxil olub.

 

Vladimir Putin rəqib qapısından yeddi şayba keçirib. Oyunun özü 17:6 hesabı ilə bitib.

 

Gecə hokkey liqası 2011-ci ildə Vladimir Putinin təşəbbüsü və Rusiya hokkeyinin veteranlarının dəstəyi ilə yaradılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR