Hacıqabulda narkotik alveri “zəncir”i ifşa olundu
Hacıqabul polisi narkotik vasitə olan qurudulmuş marixuananın istifadəsi və satışına görə 3 nəfəri saxlayıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Hacıqabul rayon sakini Mikayılov Zaur Azad oğlundan kibrit qutularına qablaşdırılmış ümumi çəkisi 39,06 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılan istintaq tədbirləri çərçivəsində məlum olub ki, Z.Mikayılov həmin narkotik vasitəni 200 manata Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Abasov Əli Mirzağa oğlundan, o, isə öz növbəsində narkotik vasitəni Şirvan şəhəri sakini, 1979-cu il təvəllüdlü Məmiyev Elşən Soltan oğlundan 180 manata alıb.
E.Məmiyev saxlanılarkən onun üzərindən 4 ədəd kibrit qutusunda ümumi çəkisi 20,8 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. O da müəyyən olunub ki, Məmiyev Elşən Soltan oğlu bu ilin mart ayının sonlarından yaşadığı Kür çayının sol sahilində yerləşən meşə massivində 10 ədəd çətənə kolunu qanunsuz olaraq əkib becərilməsi ilə məşğul olub.
Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır