FHN-in hərbi hissəsində Qələbə Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və 9 May - Qələbə Günü münasibətilə FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının rolundan, həm ön cəbhədə, həm də arxa cəbhədəki qəhrəmanlıq və fədakarlığından geniş bəhs edib.

 

Natiq bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilmiş bu şanlı tarixin yenidən əbədiləşdirilməsində və böyük qələbədə əməyi olan insanların xatirəsinin və haqqının yenidən qaytarılmasında ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Ümummilli liderin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışından sonra 9 may 1994-cü ildən başlayaraq Qələbə Günü kimi qeyd edilməyə başlanıb.

 

Bildirilib ki, müstəqillik dövründə Heydər Əliyev tərəfindən əsası qoyulan, Böyük Vətən Müharibəsi iştirakçılarına olan diqqət və qayğıya əsaslanan siyasət bu gün onun siyasi varisi olan ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, hər il davamlı olaraq veteranların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasəti həssaslıqla həyata keçirilir.

 

M.İsmayılov çıxışının sonunda qeyd edib ki, FHN-in Mülki Müdafiə Qoşunları və orada xidmət edən əsgər və zabitlər hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşəcək, torpaqlarımızın işğaldan azad olunmasında ön cərgələrdə gedəcəklər.

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR