Prezident İordaniya parlamentinin nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri əhatə etdiyini və yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev ölkələrimizin həm siyasi, həm də iqtisadi sahədə çox yaxşı əməkdaşlıq etməsinin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycanla İordaniyanın bir-birini beynəlxalq təşkilatlarda daim dəstəkləmələrinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük səylər göstərdiyini qeyd edən prezident İlham Əliyev bildirib ki, bunun növbəti nümunəsi iki gün sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarıdır. Dövlət başçısı İordaniya idmançılarının da bu oyunlarda çox geniş heyətlə iştirak edəcəklərindən məmnun olduğunu deyib.
İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh İordaniya Kralı II Abdullahın salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında turizm, sərmayə qoyuluşu, idxal-ixrac, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır