Bakıda iki qadın əcnəbini soydu

Bakıda əcnəbi vətəndaşın yaşadığı evdən oğurluq olub.

 

APA TV-nin xəbərinə görə, polisə müraciət edən şəxs qadın tanışları evdən gedəndən sonra 150 manat, 4500 ABŞ dolları pul və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib.

 

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisində kirayədə yaşayan əcnəbi vətəndaşın evindən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini Günay Əliyeva tutulub. Digər qadının axtarışları davam etdirilir. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR