Rusiyadakı səfirliyimiz: Moskvada azərbaycanlılarla ermənilər arasındakı gərginlik...
Azərbaycanın Rusiyadakı səfirliyi 9 may 2017-ci il tarixində Moskvada "Bessmertnıy polk" ("Ölməz alay") hərəkatının yürüşü zamanı azərbaycanlı və erməni gənclər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Səfirlikdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, iki millət arasında gərginliyin yaradılması məqsədilə təxribat törədilib.
Qeyd olunur ki, hadisə ilə əlaqədar və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə səfir Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.
Eyni zamanda vurğulanır ki, səfirlik insident zamanı zərərçəkmiş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarətdə saxlayır.
OXŞAR XƏBƏRLƏR
14:39
128
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
423
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
998
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1005
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1681
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1159