Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

 

Azərbaycan Respublikasının dövlət himni səslənib.

 

Sonra akademik Zərifə Əliyeva, görkəmli dövlət xadimi Əziz Əliyev və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları ziyarət edilib, gül dəstələri qoyulub.

 

Ziyarət mərasimində baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR