Neft bazarında qeyri-stabillik: ABŞ OPEK-RUSİYA BİRLİYİNƏ QARŞI

Neft bazarında qeyri-stabillik davam edir.

 

APA TV-nin məlumatına görə, "Brent" neftinin qiymətində axşam saatlarına nisbətən bahalaşma qeydə alınıb. Bu markadan olan neft birjalarda 48,95 dollardan təklif olunur. "Brent" nefti dünən 48,56 dollara qədər ucuzlaşmışdı.

 

WTİ neftinin qiymətlərində də kiçik bahalaşma qeydə alınıb. Qərbi Texas nefti hazırda 46,23 dollardan satılır.

 

Qiymətlərin bahalaşmasına səbəb ABŞ neft ehtiyatlarının azalmasıdır. Neft İnstitutu ehtiyatların ötən həftə ərzində 5,79 milyon barel azaldığını qeyd edib. Bu gün açıqlanacaq rəsmi rəqəmlərlə ehtiyatların beşinci həftə də üst-üstə azaldığını təsdiq edəcəyi gözlənilir.

 

Qiymətlərdəki qeyri-stabilliyin iki əsas səbəbi var. Bunlardan biri Səudiyyə Ərəbistanı və OPEK üzvü olmayan Rusiyanın noyabr razılaşmasını 2018-ci ilə qədər uzadacağı barədə xəbərlərin yayılmasıdır. Digəri isə ABŞ-da neft istehsalının gələn il rekord səviyyə çatacağı barədə proqnozlardır. Mütəxəssislər bu ölkədə hasilatın artmasını qiymətlər üzərində təsirini davam etdirəcəyini bildirir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR