Narkotik becərən keçmiş məhkumlar tutuldu
Qax rayonunda narkotik bitki becərən üç nəfər tutulub, saxlanılanlardan ikisi keçmiş məhkumdur.
APA TV-nin məlumatına görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirilib.
Tədbir zamanı rayonun Almalı kənd sakini Süleyman İsa oğlu Süleymanov, Balakən rayonunun Mahamalar kənd sakinləri - İsa İslam oğlu Muradov və Abdulla Məhəmməd oğlu Osmanovun Qaxın Əlibəyli kəndi ərazisində, meşə sahəsində xüsusi qaydada əkdikləri 130 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Onların üzərinə baxış zamanı İsa Muradovun çantasından 0.92 qram, cibindən isə 7.30 qram qurudulmuş marixuana aşkarlanıb. Abdulla Osmanovun üzərindən isə beşbarmaq götürülüb.
Saxlanılanlardan Abdulla Osmanov və Süleyman Süleymanov əvvəllər də məhkumluq həyatı yaşayıblar.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır