Cənubi Koreyanı Şimali Koreyalı prezident idarə edəcək - SÜRPRİZ NƏTİCƏ
Cənubi Koreyanın yeni prezidenti məlum olub.
APA TV-nin məlumatına görə, ölkədə vaxtından əvvəl keçirilən seçkilərdə Mun Çje İn 42,08 faiz səs toplayaraq qalib olub.
Mun Çje İnin rəqibi Honq Jun-Pyo isə seçkilərdə 23,3 faiz səs toplaya bilib.
Yeni prezidentin seçim kampaniyasında ən diqqət çəkən məqam Şimali Koreya ilə əlaqələrin artırılması və iqtisadiyyatın canlandırılması üçün 8,8 milyard dollar əlavə büdcə hazırlanması olub.
Mun Çje İn parlamentdə keçirilən inauqurasiya mərasimi zamanı gələcəkdə Şimali Koreyaya səfər edə biləcəyini istisna etməyib: "Lazım gələrsə, mən dərhal Vaşinqtona, şərait imkan verərsə, hətta Pxenyana da səfər etməyə hazıram. Koreya yarımadasında sülhün bərqərar olması üçün əlimdən gələni edəcəyəm", - deyə prezident Koreya yarımadasında gərginliyi azaltmaq niyyətində olduğunu qeyd edib.
Ən maraqlısı isə budur ki, yeni prezident əslən yarımadanın şimalındandır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır