Tramp FTB rəhbərini istefaya göndərdi

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini vəzifəsindən uzaqlaşdırıb.   

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Ağ Ev bəyanat yayıb.

 

Bəyanatda D.Trampın bu qərarının hüquq-mühafizə orqanlarının incisi sayılan bir qurum üçün yeni başlanğıc olacağı qeyd edilib.

 

2013-cü ildə bu vəzifəyə təyin olunan Ceyms Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub.

 

Qeyd edək ki, prezidentliyə sabiq demokrat namizəd Hillari Klinton seçki kampaniyası zamanı Ceyms Komini onun seçkidə məğlub olmasını təşkil etməkdə ittiham etmişdi.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR