Pentaqon: Silahları Rəqqanın azad edilməsi üçün göndəririk

ABŞ Suriyanın Rəqqa şəhərini İŞİD terror qruplaşmasından azad edilməsi üçün kürd silahlılarına (PYD, YPG)  “məhdud sayda” silah-sursat tədarük edəcək.  

 

APA Tv-nin xəbərinə görə, bu barədə Pentaqon rəsmisi bildirilib.

 

“Biz ABŞ-ın bu addımları ilə əlaqədar Türkiyənin narahatlığını yaxşı anlayırıq... Biz bu silah-sursatı konkret hərbi məqsəd üçün tədarük edirik. Bizim ayıracağımız silah yalnız Rəqqanın azad edilməsi üçün nəzərdə tutulub”, - deyə o qeyd edib.  

 

Xatırladaq ki, Mayın 8-i ABŞ prezidenti Donald Tramp Demokratik Suriyə quvvələrinə ağır silahların verilməsini nəzərdə tutan qərar verib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR