Hollandiya məhkəməsi: Niqabın qadağan edilməsi inanc azadlığına ziddir, amma...

Hollandiya apelyasiya məhkəməsi, Utrext bələdiyyəsi tərəfindən irəli sürülən və iş vaxtı niqabını açmadığı halda bir müsəlman qadının sosial yardımının kəsilməsi qərarına haqq qazandırıb.

 

APA TV-nin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarında niqabın qadağan edilməsinin inanc azadlığına zidd bir addım olduğu, ancaq bu vəziyyətin fərqliliyi nəzərə alınaraq bələdiyyənin haqlı hesab edildiyi bildirilib.

 

Həmçinin qeyd olunur ki, ölkənin mövcud quruluşunda niqablı bir qadının iş tapma şansı "sıfır"a bərabərdir və təhsili sosial fond tərəfindən qarşılanan müsəlman qadın bələdiyyə üçün lazımsız yük sayılır.

 

Məhkəmənin barəsində "haqsız" qərarı verdiyi müsəlman qadın həyat yoldaşının İngiltərədə iş tapmasından sonra Hollandiyadan köçüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR