"Maşın şou" başlayır - 21 GÜN GƏRGİN MÜBARİZƏ
“Biz nə qədər layihələr ediriksə, filmlər, müxtəlif formatlı verilişlər, hamı “maşın deyir, maşın istəyir. “Maşın” mənim üçün xüsusi layihədir. 2 il keçib sonuncu sürətdən. 14-cü dəfə biz tamaşaçıları və iştirakçıları bir araya gətirəcəyik”. Bu fikirləri APA TV-yə "Maşın şou" layihəsinin rəhbəri Murad Dadaşov deyib.
Məşhur telelayihə olan “Maşın şou” 2 illik fasilədən sonra yenidən yayımlanacaq.
APA TV-nin məlumatına görə, “M Group Production” nın təşkilatçılığı ilə gerçəkləşəcək şouda hər dəfə olduğu kimi, bu dəfə də maşının ətrafında 18 ulduz iştirakçı toplaşacaq.
“Mən sizə maraqlı bir sirri açım. Dedim ki, şouda iştirak etmiş insanlar dəvət edim. Sonra da icraçı prodüserlər mənə 120 nəfərdən ibarət yeni, mediada adı hallanan insanların adlarını gətirdilər. Çox çətin məsələdir. Seçmişik insanları, deyirlər ki, o gələcəksə, mən gəlmirəm. Məsələn, yaşlı nəslin nümayəndələri var ki, gəlmək istəmirlər. Soruşanda ki, niyə? Deyirlər ki, birdən bizə söz deyərlər. Mən olduğum məkanda buna heç vaxt imkan vermərəm. Elə ulduzlar da var ki, heç vaxt iştirak etməyiblər. Məsələn, Tünzalə Ağayeva, Ədalət Şükürov, Namiq Qaraçuxurlu. Halbuki, dəvətimi alıblar”.
Bəzən tamaşaçılar özlərinin də iştirak edəcəyi şounun olmasını istəyirlər. Murad Dadaşov gələcəkdə belə bir layihənin gerçəkləşməsini istisna etmir: “Ola bilsin, elə bir “Maşın şou“ gələr ki, sıravi tamaşaçılar ulduzlarla qarşılaşar. Bəlkə də...”
21 günlük gərgin mübarizədən sonra qalib gələn şəxs dəyəri 35 mindən çox olan avtomobilə sahib olacaq. “Maşın Şou” may ayının 28-dən etibarən ATV kanalında yayımlanacaq. Tamaşaçılar hər axşam saat 22:00-da canlı efirdə həyəcan dolu şounu izləyə biləcəklər.
Qeyd edək ki, APA TV “Maşın şou” layihəsinə informasiya dəstəyi verir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır