DSX qurumunun yeni inzibati binasının açılışı olub

Dövlət Sərhəd Xidməti Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yeni inşa edilən inzibati binasının açılışı və Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev DSX tərəfindən əldə edilən xidməti nailiyyətləri qeyd edib, Azərbaycan sərhədçiləri üçün dövlətçiliyimizin və sərhəd­lərimizin keşiyində durmağın böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib.

 

Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında sərhəd nəza­rəti dəstəsinin fəaliyyətə başladığı gündən Respublikamızın əsas giriş-çıxış qa­pı­larında dövlət sərhədindən keçən şəxslərə, nəqliyyat vasitələrinə və yüklərə etibarlı sərhəd nəzarətini həyata keçirdiyini, müstəqilliyimizin ilk illərində əzm­kar­lıq və iradə nümayiş etdirdiyini, böyük inkişaf yolu keçərək formalaşdığını vurğulayıblar.

 

Tədbirdə xidmətdə yüksək nəticələr göstərən bir qrup hərbi qulluqçu təltif edilib.

 

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov və digər qonaqlar tərəfindən Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, sonra inzibati binaya baxış keçirilib.

 

Ümumi ərazisi 0,6 hektar olan dörd mərtəbəli qərargah binasında xidməti və xüsusi təyinatlı otaqlar, müxtəlif yığıncaqların keçirilməsi və tədbirlərin təşkil olunması üçün konfrans zalı, təlim mərkəzi inşa olunub. Qərargah bina­sında xidmətin yüksək standartlara və günün tələblərinə uyğun şəkildə təşkil olunması üçün zəruri şərait yaradılıb, lazımi avadanlıqlar və vasitələrlə təmin olunub. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR