"Reina" terrorçusu məhkəməyə çıxarılır: 2397 İL HƏBSİ İSTƏNİLİR
İstanbulda sonuncu Yeni il gecəsi "Reina" gecə klubunda 39 nəfərin ölümü ilə nəticələnən terror aktının istintaq prosesi bitib.
APA TV-nin məlumatına görə, ittihamnamədə hadisəni törədən İŞİD üzvü Abdulkadir Maşaripovun 40 dəfə ağırlaşdırılmış ömürlük və ya 2397 ilə qədər həbslə cəzalandırılması tələb olunur.
A.Maşaripov "terror təşkilatının fəaliyyətində iştirak", "bir nəfərdən çox şəxsin qətli", "konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd" maddələri üzrə təqsirli hesab edilib.
Prosesdə 51-i tutulmaqla 57 şəxs mühakimə olunur. Terrorçunun arvadı Zarina Nurullayeva üçün isə 40 dəfə ağırlaşdırılmış ömürlük - 2300 ilə qədər həbs cəzası istənilir.
Qeyd edək ki, "Reina" gecə klubunda baş verən terror aktında Rusiya vətəndaşı olan azərbaycanlı Nuranə Həsənova da həyatını itirmişdi.
Xatırladaq ki, Abdulkadir Maşaripov İstanbulun Çağlayan rayon məhkəməsinin qərarı ilə həbs edilib. Özbəkistan vətəndaşı olan terrorçu ilə birlikdə Qırğızıstan, Misir, Seneqal və Somali vətəndaşları olan 3 qadın və 1 kişi də saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
14:39
212
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
449
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1020
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1008
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1683
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1161