Prezident İlham Əliyev veteranlarla Dağüstü parkda görüşdü
Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib, veteranlarla görüşüb, onları qələbə münasibətilə təbrik ediblər.
Müharibə veteranları dövlət başçısını Qələbə Günü münasibətilə təbrik edib, onlara göstərilən yüksək diqqətə və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Veteranlar xanım Mehriban Əliyevanı Azərbaycanın I vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər. Dövlətimizin başçısı və birinci xanım müharibə veteranlarına uzun ömür və möhkəm cansağlığı arzulayıblar.
Prezident İlham Əliyev və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşüb, Qələbə Günü münasibətilə onları təbrik edib, xatirə şəkli çəkdiriblər.
Dövlətimizin başçısı və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi önünə əklil qoyub, İkinci Dünya Müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən Müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezident İlham Əliyevin qarşısından keçib.
Mərasimdə baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır