Azərbaycanlı aktrisadan yenilik: O, 5 dünya ulduzunu canlandırdı

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Könül Nağıyeva maraqlı bir layihədə yer alıb.

 

Aktrisa "Reborn" (Ribörn), yəni - "Yenidən doğuluş" layihəsində ötən əsrin 30-60 illərində məşhur olan ifaçı  və aktrisaların obrazlarını canlandırıb.

 

Könül xanım APA TV-yə eksklüziv müsahibəsində bildirib ki, dünyada 5 məşhur aktrisanın obrazında çıxış etmək heç də asan olmayıb: "Bunu özəlliklə vurğulamaq istəyirəm ki, bu, təkrarlamaq deyil. Bu, aktrisalar və opera sənətçisini canlandırmaq istəyi idi. Siyahıda Mariya Kallas, Sofi Loren, Ava Garner, Qreta Qarbo və Odri Höpbern var. Bu, 5 dünya ulduzunu canlandırdım. Kostyumlar, makiyaj, saç düzümü - hamısı eynidir".

 

Bu, təkcə fotolayihə deyil. Layihədə həm də adı çəkilən məşhurların həyatına dair özəl hadisələr qısa şəkildə Könül xanımın dilindən verilir: "Hədəfimiz bunu təkcə, Türkiyə və Azərbaycanda deyil, beynəlxalq layihə kimi təqdim etməkdir. ABŞ, İngiltərə, Ərəb ölkələri, Çin, Rusiya mediasında da bunu yayımlamağı hədəf qoymuşuq".

 

Layihə bu gündən etibarən Türkiyə və Azərbaycanda mediasında yayımlanır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR