Dayanacaqlar aşdı, damlar uçdu, ağaclar kökündən çıxdı - GƏNCƏDƏ GÜCLÜ QASIRĞA
Gəncədə güclü külək bir sıra fəsadlar törədib.
APA TV-nin Qərb bürosunun məlumatına görə, külək nəticəsində Dədə Qorqud prospektində yerləşən iki çoxmərtəbəli binanın dam örtüyü uçub. Bəzi küçə və prospektlərdə yolun kənarına quraşdırılmış avtobus dayanacaqları aşıb.
Məlumata əsasən, güclü külək şəhərin Adil Ziyadxanov küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünü uçurub. Bundan başqa, Mahrasa bağında hündür ağaclar yaxınlıqdakı yaşayış evlərinin və obyektlərin üzərinə aşaraq, ciddi ziyan vurub.
Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə baş verən ərazilərə cəlb olunublar.
OXŞAR XƏBƏRLƏR
14:39
210
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
448
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1019
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1008
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1683
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1161