İŞİD Qələbə Günü rus agentin başını kəsdi - EDAM ANI

İŞİD Suriyada rus agentin başını kəsib. APA TV-nin məlumatına görə, terrorçular edam anının videosunu internetdə paylaşıb.

Edam edilən şəxsin adı da açıqlanıb. Yevgeni Petrenkonun Rusiyanın xüsusi kəşfiyyat orqanlarının əməkdaşı olduğu iddia edilir.
Onun edam paltarının üzərinə kiril əlifbası ilə "kafir" sözü yazılıb.
İŞİD bu görüntüləri  9 may - Qələbə Günündə yayımlayıb.
Videoda terrorçuların əlində olan daha üç nəfər rusca danışır.
Hələlik Rusiya tərəfi məsələ ilə bağlı açıqlama vermir.
Xatırladaq ki, 2015-ci ilin sentyabrından Suriyada antiterror əməliyyatlarına başlayan Rusiya ad çəkilən ölkədə 30-a qədər hərbçi itirdiyini təsdiqləyib.


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR