Moskvada Qələbə Paradı keçirilib

Moskvada Böyük Vətən Müharibəsində qələbənin 72 illiyi münasibətilə hərbi parad keçirilib. APA TV-nin məlumatına görə, paradı Rusiya prezidenti Vladimir Putin qəbul edib.


Rusiya prezidenti bu qələbənin əhəmiyyətini yüksək qiymətləndirərək onun dünya xalqlarının faşizm zülmündən xilas edilməsində başlıca rol oynadığını bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Böyük Vətən Müharibəsində qələbənin 72 illiyi münasibətilə postsovet respublikalarının xalqlarını, o cümlədən Azərbaycan xalqını təbrik edib. 


Xatırladaq ki, Azərbaycandan Böyük Vətən Müharibəsində 600 mindən çox insan iştirak edib, onlardan təxminən 300 mini həlak olub. Müharibədə 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adıma layiq görülüb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR