Almaniya Türkiyədə çevriliş etmək istəyən hərbçilərə siyasi sığınacaq verdi
Türkiyəli bir qrup hərbçi və onların ailəsi Almaniyada siyasi sığınacaq alıb. APA TV-nin "Süddeutsche Zeitung"a istinadən məlumatına görə,
Onların müraciəti Almaniya Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilib və müsbət rəy bildirilib.
Xatırladaq ki, həmin hərbçilər 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişində cəhddə təqsirli bilinir.
Alman mətbuatı faktın Ankara-Berlin münasibətlərini daha da kəskinləşdirəcəyini istisna etmir.
Bu arada 2016-cı ilin yayından indiyə qədər Almaniyadan Türkiyənin 414 əsgərinin, diplomatın, hakim və məmurunun siyasi sığınacaq istədiyi açıqlanıb.
Bu ilin yanvarında Türkiyənin milli müdafiə naziri Fikri İşıq Almaniya hökumətindən həmin müraciətləri qəbul etməməyi tələb, prezident Ərdoğanın sözçüsü İbrahim Kalın isə rəsmi Berlini Türkiyədə dövlət çevrilişi etmək istəyənləri dəstəkləməkdə ittiham edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır