Türk rəsmilər Ağ Evdə: SÜRPRİZ SƏFƏRDƏ NƏLƏR DANIŞILDI?

Türkiyə rəsmi heyəti ABŞ rəsmiləri ilə Yaxın Şərqdəki problemləri müzakirə edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ağ Evdə baş tutan görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, prezident Ərdoğanın sözçüsü İbrahim Qalın iştirak edib. ABŞ tərəfini isə Ağ Evin Beynəlxalq Təhlükəsizlik müşaviri general Herbert Raymond təmsil edib.

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada görüşdə Suriya və İraqda baş verən hadisələri, terrorla mübarizə, iki ölkə arasında münasibətlər və digər təhlükəsizlik məsələləri müzakirə olunduğu bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR