Səudiyyədən gələn açıqlamalar neftin qiymətini sabitləşdirib
Səudiyyə Ərəbistanının energetika nazirinin açıqlamaları neft bazarında durumu sabitləşdirib. APA TV-nin məlumatına görə, nazir bəyan edib ki, hasilatın azaldılmasına dair sazişin müddəti 6 ay deyil, daha çox müddətə artırıla bilər. Qazaxıstanın energetika naziri isə bəyan edib ki, hazırda razılaşmanın 9 ay müddətinə artırılması müzakirə olunur.
Bu açıqlamalardan sonra neftin ucuzlaşması prosesi dayanıb. Hazırda "Brent" markalı neftin 1 bareli 49,22 dollardan satılır, Qərbi Texas nefti isə 46,37 dollardan satılır.
Bu axşam Amerika Neft İnstitutu ABŞ-ın neft ehtiyatlarının həcminə dair həftəlik qeyri-rəsmi hesabatı açıqlayacaq, sabah isə Energetika Nazirliyinin rəsmi hesabatı açıqlanmalıdır. Bu həftə ABŞ-ın neft ehtiyatlarının həcminin artacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır