Rusiyadan yeni qayıdan şəxsin meşədə meyiti tapıldı - QAXDA
Qaxda həmyerlilərinə borcu olan 47 yaşlı kişinin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.
Hüquq-mühafizə orqanlarından APA TV-nin Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, rayonun Çinarlı kənd sakini, 1970-ci il təvəllüdlü Şamil Şamxal oğlu Şamxalovun meyiti mayın 8-də axşam saatlarında kəndin yaxınlığındakı meşəlik ərazidə ağacdan asılı vəziyyətdə aşkar olunub.
Aparılan araşdırma zamanı məlum olub ki, iki həftə əvvəl Rusiyadan qayıdan Şamil Şamxalov özünü asaraq intihar edib.
Şamil Şamxalovun intihar edən zaman sərxoş vəziyyətdə olduğu və onun üzərindən tapılan məktubda bir neçə rayon sakininə xeyli miqdarda pul borcu olduğu qeyd olunub.
Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır