Dağlıq Qarabağda Ermənistan ordusunun maşını gölə düşüb: 3 əsgər boğulub

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində baş verən yol qəzası nəticəsində 3 erməni hərbiçisi ölüb. APA TV-nin məlumatına görə, keçmiş Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında UAZ markalı avtomobil gölə düşüb. Hadisə nəticəsində avtomobildə olan hərbçilər - 1998-ci il təvəllüdlü Ruben Barseqyan, 1997-ci il təvəllüdlü Rafael Başiryan və 1998-ci il təvəllüdlü Ruben Mnatsakanyan boğularaq ölüblər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR