Messinin iranlı oxşarı saxlanıldı

İran polisi “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messinin oxşarı kimi tanınan Rza Parasteşi saxlayıb. Hadisə Həmədan şəhərində qeydə alınıb.

 

25 yaşlı tələbə ilə şəkil çəkdirmək istəyənlərin sayı çox olduğundan, polis bunu ictimai asayişin pozulması kimi qiymətləndirib. Polis əməkdaşları Messinin oxşarını avtomobili ilə birlikdə şöbəyə aparıblar. 

 

Rza Parasteş bir neçə ay bundan əvvəl “Barselona” formasındakı şəkilini internetdə yerləşdirdikdən sonra dünyada məşhurlaşıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR