Həmkarına şillə vuran “Fənərbaxça” prezidentinə ağır cəza
“Yaxın Doğu Universiteti” və “Fənərbaxça” basketbol klubları arasındakı oyun zamanı baş verən insidentlə əlaqədar “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım haqqında cəza tədbiri açıqlanıb. APA TV-nin məlumatına görə, Türkiyə Basketbol Federasiyasının intizam komitəsi oyun zamanı protokol tribunasında baş vermiş hadisələri müzakirə edib. Müzakirələr nəticəsində “Fənərbaxça” prezidenti Aziz Yıldırımın 6 ay müddətinə diskvalifikasiya edilməsinə qərar verilib. O, həm də 40 min lirə cərimələnib.
“Yaxın Doğu Universiteti” basketbol komandasının prezidenti İşık Eyigüngör də 1 ay müddətinə diskvalifikasiya edilib və 7500 lirə cərimələnib.
Qeyd edək ki, basketbol qarşılaşmasından əvvəl “Fənərbaxça” və “Yaxın Doğu Universiteti” komandalarının prezidentləri arasında insident baş verib. “Fənərbaxça” prezidenti Aziz Yıldırım həmkarını şillə ilə vurub. Bunun ardınca hər iki prezident və onlarla birlikdə olan şəxslər arasında dava düşüb.
“Yaxın Doğu Universiteti” komandasının prezidenti Anadolu prokurorluğuna şikayət edib. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır