Qəza törədən sərxoş sürücü məcburi qaydada həkim müayinəsinə aparıldı
Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. Küçə ilə hərəkətdə olan “Opel” markalı avtomobil Ruhulla Axundov küçəsinə dönərkən arxadan yüksək sürətlə gələn “BMW” onu vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerində ilkin araşdırma aparıblar. Araşdırma zamanı məlum oldu ki, qəzanı törədən “BMW”nin sürücü, 51 yaşlı Telman Hüseynov sükan arxasına sərxoş vəziyyətdə keçib. Telman Hüseynov şifahi söhbətdə sərxoş olduğunu etiraf etsə də, kamera qarşısında spirtli içki qəbul etmədiyini bildirdi.
Yol polisi əməkdaşları Telman Hüseynovu həkim müayinəsindən keçməyə dəvət etsələr də, o, qəti şəkildə bundan imtina etdi. Polis işçiləri onu məcburi qaydada həkim müayinəsinə aparmalı oldular.
Faktla bağlı araşdırmalar davam etdirilir. Qəzanın hansı sürücünün günahı üzündən baş verməsindən asılı olmayaraq, sükan arxasına sərxoş vəziyyətdə keçərək özünün və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan 51 yaşlı Telman Hüseynov bu əməlinə görə məhkəmə tərəfindən cəzalandırılacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır