“İrəli”, Fransa! - SEÇKİLƏRİN YEKUN NƏTİCƏLƏRİ AÇIQLANDI

Fransa Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb. APA TV-nin məlumatına görə, yekun nəticələrə əsasən, səslərin 66,1 faizini toplayan “İrəli” partiyasının lideri Emmanuel Makron prezident seçilib. Səsvermə hüququndan istifadə edən Fransa vətəndaşlarının 20 milyon 753 min nəfəri onun namizədliyini dəstəkləyib.

 

Milli Cəbhənin nümayəndə Marin Le Pen isə 33,9 faiz səs toplayıb. 10 milyon 644 min seçici Le penə səs verib.

 

Ümumilikdə Fransada 47 milyon 582 min səsvermə hüququna malik vətəndaş yaşayır. Onlardan 66 faizi səsvermədə iştirak edib.  

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR