Gənc sərhədçilər and içdi

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Ko­man­danı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsinə təsadüf edən mərasimdə Dövlət Sərhəd Xid­mə­tinin yaradılması, milli sərhəd təhlükəsizliyi strategiyasının for­ma­laşdırılması sahəsində Ulu Öndərin müstəsna xidmətlərinin olduğu qeyd olunub, xatirəsi böyük fəxr və qürur hissi ilə yad edilib.

 

Tədbirdə çıxış edənlər Azərbaycan prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf mərhələsində olduğunu, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artdığını qeyd ediblər.

 

Sərhədçi veteran, general-leytenant İnayət Xəlilov keçdiyi şərəfli xidmət yolundan danışaraq, gənc əsgərləri təbrik edib, hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əmin olduğunu qeyd edib.

 

Mərasimdə iştirak edən valideynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.

 

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR