Dövlət Gömrük Komitəsində Heydər Əliyevin 94 illiyi qeyd olundu

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.


APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə açan DGK sədri Aydın Əliyev bu gün Şuşanın işğal olunduğu gün olduğunu xatırladıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

 

Komitə sədrinin sözlərinə görə, artıq DGK tərəfindən Heydər Əliyevin doğum gününün qeyd edilməsi ənənə halını alıb. "Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan olmazdı. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan böyük ərazilərini itirmiş olardı", - deyə A.Əliyev bildirib.


Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, Heydər Əliyevin SSRİ dövründə Azərbaycan SSR-ə, ardından isə müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdən danışıb: "Ulu Öndərin müstəqil dövlət quruculuğunu 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə məhdudlaşdırmaq olmaz. Müstəqil dövlət quruculuğu istiqamətində fəaliyyəti onun Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətə başladığı dövrdən başlamışdı".

 

Tədbirin ikinci hissəsində DGK-nın bir sıra əməkdaşlarına orden və medallar təqdim edilib.

 

Tədbirin sonunda Heydər Əliyev haqqında qısametrajlı film nümayiş olunub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR