Xaçmazda taekvondo üzrə regional yarış keçirilib

Xaçmaz Olimpiya İdman Kompleksində uşaq, yeniyetmə və gənc taekvondoçular arasında zona yarışları keçirilib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunan turnirdə Bakı, Quba, Qusar və Xaçmazı təmsil edən 8 komandanın tərkibində 200-ə yaxın idmançı qüvvəsini sınayıb.

 

Gərgin mübarizə şəraitində keçən yarışlarda qusarlı taekvondoçular komanda hesabında birinci yerə layiq görülüb. Quba komandası ikinci, xaçmazlı idmançılar isə üçüncü olub.

 

Qalib idmançılara diplom və medallar, komandalara kubok təqdim olunub.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR