Məşhur generalın qardaşı oğlunun ailəsi məhv oldu - NAXÇIVANDA DƏHŞƏT
Dünən Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
APA TV Bizimyol.info-ya istinadən xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus “Mercedes” markalı 68 BC 222 dövlət nömrə nişanlı avtomobillə N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələlik bəlli olmayan minik avtomobilləri toqquşub.
Nəticədə “Mercedes” markalı avtomobildə olan Naxçıvan DİN-in əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin nizami hissə rəisi, polkovnik Mirnemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Mercedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır