Temperatur 32 dərəcəyə yüksələcək

Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi  axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 14-17, gündüz 26-31, Bakıda gecə  15-17, gündüz  28-30 dərəcə isti olacağı gözlənilir.

  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

 

Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 27-32 dərəcə, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR