"Məkkə və Mədinədən başqa təhlükəsiz yer qoymarıq" - İRANDAN SƏUDİYYƏYƏ TƏHDİD

İranın müdafiə naziri Səudiyyə Ərəbistanını "Məkkə və Mədinədən başqa təhlükəsiz yer qoymarıq" deyə təhdid edib.

 

APA TV-nin məlumatına görə, nazir Hüseyn Dehqan bunu səudiyyəli həmkarının İran haqqında fikirlərinə münasibət bildirərkən deyib.

 

Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin Səlman "Müharibənin ölkəmizə yaxınlaşmadan İran torpaqları içinə yönəldilməsi lazımdır" deyə bildirmişdi. Rəsmi Tehran bu sözlərə görə Səudiyyə Ərəbistanından BMT Təhlükəsizlik Şurasına şikayət etmişdi.

 

Livanın "əl-Minar" televiziyasına danışan iranlı nazir "Səudiyyə Ərəbistanı rəhbərliyi İrana qarşı axmaqcasına hərbi hərəkət etdiyi halda, bu ölkədə müqəddəs şəhərlərdən başqa təhlükəsiz yer buraxmayacaqlarını" bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR