Neft bazarında təşviş aradan qalxır, qiymətlər yenidən yüksəlir
Neft bazarında təşviş amili aradan qalxmaq üzrədir. Birjaların ilk iş günündə qiymətlər yenidən bahalaşmağa başlayıb.
APA TV-nin xəbərinə görə, hazırda "Brent" markalı neftin bir bareli 49,78 dollardan satılır, Qərbi Texas nefti isə 46,81 dollardan təklif olunur.
OPEK-in hasilatı azaltmaq barədə razılaşmanın müddətini artırması hələ də şübhə altındadır, ABŞ-da şist neftinin hasilatı artır, Liviya və Nigeriya da hasilatı artırmaqda davam edirlər. Bundan başqa Çində iqtisadi inkişaf tempinin dayanması bütün xammal bazarına, o cümlədən neftin qiymətinə mənfi təsir göstərir. Bu amillərin fonunda "qara qızıl"ın iki birja günü ərzində 8 faiz ucuzlaşması normal qəbul olunmalıdır. Həftənin ilk ticarət sessiyalarının təhlili göstərir ki, təşvişə səbəb olan faktorların hərraclara təsiri azalmaqdadır. Bu səbəbdən neftin qiyməti 45 sent bahalaşıb və qiymətlər 50 dollar həddinə yaxınlaşır.
Bu həftə qiymətlərə təsir edəcək ənənəvi faktorlara biri daha əlavə olunacaq. Mayın 11-də OPEK-in neft bazarında duruma dair aylıq hesabatı açıqlayacağı gözlənilir. Birjaların son iş günü ərəfəsində açıqlanacaq hesabat neftin qiymətinə pozitiv təsir edə bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır