25 il öncə... Şuşa bizim idi...
25 il öncə... Şuşa hələ bizim şəhər idi... Erməni işğalçılarının hücumlarına, xəyanətə qəhrəmanlıqla sinə gərirdi... Azərbaycan xalqının qəhrəman oğulları Şuşa uğrunda son damla qanlarını axıdırdılar... Möcüzə gerçəkləşmədi, alınmaz qala sayılan Şuşa xəyanətin, siyasi intriqaların qurbanı oldu...
İllər bizə Şuşanı unutdura bilmədi... İnternetdə günümüzün Şuşasının, işğal altında qalan şəhərimizin yeni görüntülərini axtarır, dərdimizi ovutmağa çalışırıq... Şuşasızlıq bir xəstəlikdir, bu xəstəliyə tutulanları gözündən tanımaq olur... Gözləri gülmür şuşalıların... "Şuşanı xatırlayırsanmı" sualı qarşısında susur, ah çəkir, "nə isə" deyib söhbəti bitirirlər... Barışa bilmirik... Bu müqəddəs müharibədə üstünlüyümüz də budur - biz o torpaqlara mütləq geri qayıdacağımızı bilirik... Hələlik isə xatirələrdə yaşadırıq Şuşanı... 25 il əvvəl Şuşa hələ bizdə idi...
Şuşanın işğalından 25 il ötür...
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır