"Boko-Haram" silahlıları 82 məktəbli qızı məhbuslarla dəyişdi
"Boko-Haram" silahlıları üç il bundan əvvəl Nigeriyanın şimal-şərq şəhəri olan Çibokdan qaçırdıqları 200-dən çox məktəbli qızdan 82 nəfərini məhbusların sərbəst buraxılması qarşılığında geri qaytarıb.
APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Məhəmməd Buxari açıqlamasında deyib.
Açıqlamada həmçinin Nigeriya hökumətinin uzunmüddətli danışıqlardan sonra 82 qızın azad edilməsində göstərdiyi köməyə görə İsveçrə hökumətinə və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə minnətdarlıq ifadə etdiyi də bildirilir.
Qızları Kamerunla sərhəddə yerləşən Banka şəhərinə gətiriblər. Bazar günü isə prezident M.Buxari həmin qızları qəbul edib və onların ailələri ilə sevincini bölüşüb. O, Çibokdan qaçırılmış bütün qızların azad olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəklərinə dair vəd verib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır