İsrail-Livan sərhədində 29 milyon dollarlıq sədd
İsrail ordusu Livandakı "Hizbullah" təhlükəsinə qarşı ölkənin şimal sərhədində bir neçə kilometr uzunluğunda yeni bir təhlükəsizlik divarı inşa etdirməyi planlaşdırır.
APA-nın İsrailin "Haaretz" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun şimal komandanlığından bildirilib və bu divarın eynilə Misir-İsrail sərhədində inşa edilən təhlükəsizlik divarına bənzəyəcəyi açıqlanıb. Qəzet bildirir ki, bu divarların inşasında məqsəd terroristlərin və qaçaqmalçıların ölkəyə girişinin qarşısını almaqdır. Yeni inşa ediləcək divarın hündürlüyü 6 metr olacaq.
O da qeyd olunur ki, İsrailin Livan sərhədinə yaxın şimaldakı Ra'sul Nakura bölgəsində inşa etdirilməsi planlaşdırılan təhlükəsizlik divarı üçün 100 milyon yeni İsrail şekeli (təxminən 28 milyon dollar) məbləğində vəsait ayrılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır