Leyla Əliyeva: “Dünyada 870 milyon insan aclıqdan əziyyət çəkir”
IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" adlı 2-ci plenar sessiya keçirilib.
APA TV-nin məlumatına görə, sessiyada çıxışı edən Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva bildirib ki, dünyada yoxsulluq və aclığı aradan qaldırmaqla, sülhsevər inklüziv cəmiyyətə nail olmaq mümkündür.
Onun sözlərinə görə, dünyada 870 milyon insan hələ də aclıq və az qidalanmadan əziyyət çəkir: "Bu elə bir zamanda olur ki, ərzağın 1/3-i atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da gərginləşdirir. Biz çalışmalıyıq ki, bu günün ərzağı gələcəyin ərzağı olsun".
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasser ərzaq təhlükəsizliyi məsələsinin mədəniyyətlərarası dialoqun əsas elementlərdən biri olduğunu deyib. O bildirib ki, yeni iş yerləri yaratmaqla gəncləri radikallaşmadan qorumaq olar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə qeyd edib ki, qida məsələsi heç də siyasi müzakirələrdən az əhəmiyyətli deyil.
Sonra tədbir məruzələrlə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır