Oğurladıqları qızılları əritdi
Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları iki oğurluq hadisəsinin üstünü açıb.
APA TV-nin xəbərinə görə, bu ilin mart ayında Gəncə şəhər sakini, 34 yaşlı Azər Səmədov tanışları Mahir Aşırov və Ruslan Qasımovla əlbir olaraq Biləcəri qəsəbəsində olan həyət evindən içəriyə keçməklə 10 min manat dəyərində qızıl-zinət əşyaları və 3 mobil telefon oğurlayıb.
Ünvanları Mahir seçirmiş. Sonrakı mərhələdə isə Azərin üzərinə düşürmüş. Üç dəfə məhkum olunan Azər mənzilə açarseçmə üsulundan istifadə etməklə daxil olurmuş. Oğurluq qızılları isə dediyinə görə, özü əridirmiş: "Dedim qızıl alırsan? Dedi oğurluq deyil? Dedim yox. O yetimi də aldatdım".
Hələlik iki oğurluq faktında təqsirli bilinən dəstə üzvlərinin digər cinayətlərdə iştirakı istisna olunmur. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır