Çeçenistanda "gey problemi" ilə bağlı yeni iddia: "Övladlarınızı öldürün, yoxsa..."

Çeçenistanda cinsi azlıqlarla bağlı yeni qalmaqallı iddialar irəli sürülüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onların hüquqlarını müdafiə edən fəal Natalya Poplevskaya bu qəbildən olan insanların həbs olunduğunu və Qroznı yaxınlığında Arqun qəsəbəsindəki düşərgədə işgəncəyə məruz qaldıqlarını bildirib.

Poplevskayanın yeni iddiasına görə, çeçen rəsmilər həmin kateqoriyadan olan şəxslərin ailələrindən övladlarını öldürmələrini tələb edib, əks təqdirdə, bunu özlərinin edəcəyini deyiblər.

Xatırladaq ki, "France24" kanalı bu yaxınlarda həmin şəxslərdən biri ilə müsahibəsində adının açıqlanmasını istəməyən cinsi azlıq nümayəndəsi də tələbin irəli sürüldüyünü təsdiq edib.

Həmin şəxs əlavə edib ki, təzyiq altında qalan ailələrdən biri artıq öz övladını öldürüb və dəfn mərasimi belə təşkil etməyib.

Qeyd edək ki, 3 gün əvvəl Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında sözügedən problem müzakirə edilib. Bundan bir müddət öncə isə Putin Kremldə Ramzan Kadırovu qəbul edib. Çeçenistan lideri belə bir problemin olmadığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR