Neft 50 dollardan ucuz satılır: OPEK ABŞ QARŞISINDA GÜCSÜZDÜR
Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşmadan sonra yenidən bahalaşıb.
APA TV-nin məlumatına görə, ötən gün 4 dollara qədər ucuzlaşan "Brent" nefti həftənin son satışlarında 3 dollara qədər bahalaşıb. Birjalarda bu markadan olan neft 49,43 dollardan təklif olunur.
Qərbi Texas nefti də ciddi dəyər qazanıb. WTİ neftinin son satış qiyməti 46,51 dollar olub. Bu marka dünən səhər saatlarında 43,88 dollara satılıb.
Neftin kəskin ucuzlaşması ABŞ-da neft istehlakının azalması və hasilatın artması ilə əlaqədardır. OPEK üzvləri və hasilatın dondurulmasına imza atan qeyri-kartel ölkələrinin neftin qiymətləri ilə mübarizələri nəticəsiz qalmaqdadır. OPEK-in noyabr anlaşması ABŞ-ın hasilatı artırması qarşısında gücsüz qalır. Qurumun qiymətləri yenidən bahalaşması üçün addımlar atacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır