Səudiyyə ABŞ-dan 11,5 milyard dollarlıq silah alır

ABŞ Səudiyyə Ərəbistanına 11,5 milyard dollar dəyərində silah satmağa hazırlaşır.

 

APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, söhbət THAAD raket əleyhinə müdafiə sistemi, proqram təminatı və bir sıra digər silah və sursat növlərindən gedir. Müqavilə həmçinin dörd hərbi gəminin satışını nəzərdə tutur.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların silah alqı-satqısına görə aparıcı ticarət tərəfdaşlarından biridir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR