Tovuzda polis əməkdaşı “Porsche”ni divara çırpdı: 1 ölü, 2 yaralı
Tovuzda ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Porsche” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb. Daha sonra isə maşın yaxınlıqdakı parka aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşı Zakir Şakir oğlu Qəhrəmanov ölüb, sərnişinlər - Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır