Oğuzda evdə partlayış baş verdi: 3 yaralı

Oğuzda fərdi yaşayış evində qaz sızmasından partlayış olub, bir ailənin üç üzvü  xəsarət alıb.  APA TV-nin məlumatına görə, rayonun Calut kəndində Mərdan Həsənova məxsus fərdi yaşayış evində təbii qazın sızması səbəbindən yanğınla müşaiyət olunan ani partlayış baş verib. Nəticədə evin pəncərə şüşələri sınıb, 12 kv.m-lik sahə içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə zamanı yanıq xəsarəti Mərdan Həsənov, arvadı 56 yaşlı Leyla və 37 yaşlı oğlu Elnur Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

 

Oğuz RMX-dan  APA TV-yə bildirilib ki, Mərdan Həsənovun xəsarəti yüngül olduğundan ona ilkin yardım edildikdən sonra evə buraxılıb.  Leyla və  Elnur Həsənovlara bədənlərinin 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. Ana və oğluna xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra vəziyyətlərini nəzərə alaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR