Masallıda 74 yaşlı qadın evində amansızlıqla qətlə yetirilib
Masallıda 74 yaşlı qadın 3 bıçaq zərbəsi ilə qətlə yetirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Masallının Ərkivan qəsəbəsinin Abbaslı məhəlləsində qeydə alınıb. Həmin məhəllədə yaşayan 74 yaşlı Gülgəz İsrafilovanın oğlu Mübariz İsrafilov səhər saatlarında anasına baş çəkmək üçün onun evinə gedib. O, qapının bağlı olduğunu görərək, pəncərədən içəri keçib. Anası yerdə uzanmış vəziyyətdə olub. Oğlu yaxınlaşdıqda onun öldüyünü görüb. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Ahıl qadının meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsində müayinə olunub. Məlum olub ki, qadın qətlə yetirilib.
Gülqayıt Əliyeva, qətlə yetirilənin qohumu: “İki bıçaq zərbəsi arxadan, biri qabaqdan vurulub. Sobanın yanında saxladığı kərpiclə də başından vurublar. Sinəsindəki torbadan pulunu, bir üzüyünü aparıblar”.
Hadisəni törətmiş şəxs və ya şəxslərin axtarışlarına başlanılıb. Qeyd edək ki, 15 gün əvvəl eyni evə oğru girib və cəmi 1 manat pul apara bilib. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır