Saxta gel satışı ilə məşğul olan şəxs tutuldu
Ölkəyə qanunsuz yolla gətirilən qeyri-qida əlavələri və kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ayrı-ayrı şəxslər tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə guya insanın artıq çəkisinin azaldılması üçün nəzərdə tutulan “Nano Thermal Gel” gellərinin keyfiyyətsiz olması və həmin vasitələrdən istifadə edən şəxslərin orqanizmlərində ciddi fəsadlar yaratdığı barədə çoxsaylı şikayətlər daxil olub.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində keyfiyyətsiz, saxta gellərin satışı ilə məşğul olan Bakı şəhər sakini Tural Mustafayev saxlanılıb.
Saxlanılan şəxsə məxsus paytaxtın Nərimanov rayonunda yerləşən anbara baxış zamanı oradan külli miqdarda qeydiyyatsız, mənşəyi məlum olmayan, habelə sertifikatlaşdırılmadan satış üçün nəzərdə tutulan “Nano Thermal Gel” gelləri və müxtəlif çeşiddə olan çoxsaylı qeyri-qida əlavələri aşkar olunaraq götürülüb.
İlkin ifadəsi zamanı T.Mustafayev qeyd edilən gel və qeyri-qida əlavələrini ölkəyə gətirdiyini və həmin məhsulların onlayn yolla satışını təşkil etdiyini etiraf edib.
Aşkar edilən mənşəyi məlum olmayan məhsulların insan orqanizminə mənfi təsirinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır